
Azərbaycanlı müəllim azyaşlı koreyalılara ölkəmizi tanıdıb
19 may, 2025
Azərbaycanlı müəllim azyaşlı koreyalılara ölkəmizi tanıdıb
Soydaşımız Zərifə İsmayılova Koreya Respublikasında fəaliyyət göstərən uşaq bağçası və məktəbəqədər təhsil müəssisələrində azyaşlı koreyalılara Azərbaycan mədəniyyətini tanıtmaq və sevdirmək üçün xüsusi tədris proqramı hazırlayıb. O, ana dilimizi, rəqslərimizi, mətbəximizi, musiqimizi, oyunlarımızı və nağıllarımızı uşaqların yaş səviyyəsinə uyğunlaşdıraraq tədris edib.
https://x.com/DiasporaAz/status/1924456569250386429
Soydaşımız altı həftə ərzində 3-7 yaşlı balacalarla birlikdə “Nəlbəki” və “Yallı” rəqslərini, Novruz adətlərimizi, milli geyimlərimizi nümayiş etdirib və mətbəximizin ləziz təamlarını hazırlayıb: “Bu yaş dövrünə aid uşaqlar, hətta onların müəllim və valideynləri üçün Azərbaycan tamamilə yeni bir ad idi. İlk günlərdə ölkəmizin adını tələffüz etməkdə çətinlik çəkən balaca koreyalı dostlarımız artıq bir müddət keçdikdən sonra məni görərkən “azərbaycanlı müəllimə” deyərək üstümə qaçıb qucaqlayırdılar. Bu sözlə ifadəedilməz gözəl bir hiss idi. Tədbir uşaqlarda maraq və sevinc hissi ilə qarşılandı”, – deyə o bildirib.
https://x.com/DiasporaAz/status/1924456569250386429
Zərifə İsmayılova hazırda Hankuk Xarici Dillər Universitetinin nəzdində Xüsusi Təhsilin İnkişafı İnstitutunda “Xüsusi xarici dillər öyrənək!” proqramı çərçivəsində orta məktəb şagirdlərinə Azərbaycan dilini tədris edir.
https://x.com/DiasporaAz/status/1924456569250386429
Qeyd edək ki, Zərifə İsmayılovanın Cənubi Koreyada dissertasiya mövzusu Azərbaycan tarixi ilə bağlı olub. “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan milli şüurunun formalaşması prosesi” adlı elmi işində bu dövrdə Azərbaycanda dini kimlikdən milli kimliyə keçid prosesində maarifçi ziyalıların rolu araşdırılıb.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1924456569250386429
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanli-muellim-azyasli-koreyalilara-olkemizi-tanidib-5828
https://x.com/DiasporaAz/status/1924456569250386429

Никита Тихенко, участник гуммиссии МГЕР, руководитель МГЕР в Камчатском крае, доброволец: Три года назад Мариуполь стал примером мужества

Dışişleri Bakanı’nın Tahran Diyalog Forumu’na Katılımı

Meeting of the Foreign Ministers of Tajikistan and Iran

KRAL GAZETECİ ABDULLAH YİĞİT `TEN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI

AVUKAT OSMAN EYYÜPOĞLU `NDAN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI

TURAN BİRLİKLERİ TEŞKİLATI İÇ ANADOLU BÖLGE BAŞKANI VE ANKARA İL BAŞKANI MEHMET SALİH CAN`DAN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI