Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Ankara °C

Aktaudakı “Azərbaycan Mərkəzi”ndə startap layihələrinin pitçinqinə dair tədbir təşkil edilib

Aktaudakı “Azərbaycan Mərkəzi”ndə startap layihələrinin pitçinqinə dair tədbir təşkil edilib
REKLAM ALANI
01.05.2023
A+
A-

 

 

 

Aktaudakı “Azərbaycan Mərkəzi”ndə startap layihələrinin pitçinqinə dair tədbir təşkil edilib

2023
Aktaudakı “Azərbaycan Mərkəzi”ndə startap layihələrinin pitçinqinə dair tədbir təşkil edilib
Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən “Azərbaycan Mərkəzi” İctimai Fondunda startap layihələrinin pitçinqi ilə bağlı tədbir keçirilib.

“Azərbaycan Mərkəzi” İctimai Fondunun, “Luara” İctimai Fondunun və Yessenov Universitetinin Kaspi Sahibkarlıq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir “Vətəndaş Təşəbbüslərinə Dəstək Mərkəzi” və Qazaxıstanın İnformasiya və Sosial İnkişaf Nazirliyinin dövlət qrantı çərçivəsində gerçəkləşdirilib.

 

 

 

Tədbir iştirakçılarını salamlayan “Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru İlkin Orucov əlilliyi olan gənclərin işə düzəlməsinin və məşğulluğunun təşviqi məqsədilə gerçəkləşdirilən belə tədbirlərin önəmindən danışıb. Əlilliyi olan insanları özlərini heç nə ilə məhdudlaşdırmamağa çağırıb və iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən münsiflər heyətinin üzvləri – “Luara” İctimai Fondunun direktoru Laura Asırova, Yessenov Universitetinin “Biznes və hüquq” fakültəsinin “İqtisadiyyat” kafedrasının müdiri Ayqul Yesturliyeva, Mangistau vilayətinin Təhsil İdarəsi tədris-metodiki mərkəzinin texniki və peşə təhsili şöbəsinin metodisti Zinaida Yepenova iştirakçıların hazırlığını yüksək qiymətləndiriblər və onlara startap layihələrini həyata keçirmələrini diləyiblər.

Pitçinqin sonunda bütün iştirakçılara sertifikatlar və 200.000 təngə məbləğində hədiyyə sertifikatı, münsiflər heyətinin, mentorların və biznes-məşqçilərin təşəkkür məktubları təqdim olunub.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/aktaudaki-azerbaycan-merkezi-nde-startap-layihelerinin-pitcinqine-dair-tedbir-teskil-edilib-2867

 

 

REKLAM ALANI