Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Ankara °C

Almaniyanın Münster şəhərində həftəsonu məktəbi fəaliyyətə başlayıb

Almaniyanın Münster şəhərində həftəsonu məktəbi fəaliyyətə başlayıb
REKLAM ALANI
11.04.2024
A+
A-

Almaniyanın Münster şəhərində həftəsonu məktəbi fəaliyyətə başlayıb

2024

 

 

 

 

Almaniyanın Münster şəhərində həftəsonu məktəbi fəaliyyətə başlayıb

Almaniya Federativ Respublikasının Münster şəhərində “Avropa Azərbaycan Mərkəzi”-nin nəzdində “Azərbaycan dilini qürur və sevgi ilə öyrən” adlı layihə çərçivəsində həftəsonu məktəbi fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə start götürən layihənin əsas məqsədi Münster şəhərində yaşayan azərbaycanlı uşaqlara Azərbaycan dilini, tarixini, mədəniyyətini öyrətmək, ana dilinin qorunub saxlanılmasında və inkişafında yaxından kömək göstərməkdir.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Avropa Azərbaycan Mərkəzi”nin sədri Zaur Əliyev açılış mərasimində layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Diaspora İşləri üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyevaya və dərs otaqlarını “Avropa Azərbaycan Mərkəzi”nin istifadəsinə verən Beynəlxalq İşçi Qrupunun (Arbeitskreis International e.V) sədri Dr. Lütfi Yavuza təşəkkürünü bildirib. Həftəsonu məktəblərinin Avropada açılmasının və çoxalmasının əhəmiyyətindən danışıb.

“Avropa Azərbaycan Mərkəzinin” sədr müavini Elgiz Haqverdiyev, idarə heyətinin üzvü Vüqar Cəfərov, həftəsonu məktəbinin müəllimi Aygün Qasımova və Beynəlxalq İşçi Qrupunun (Arbeitskreis International e.V) sədri Dr. Lütfi Yavuz mövzu ilə əlaqədar çıxış ediblər.

Tədbirə onlayn qoşulan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva “Avropa Azərbaycan Mərkəzi”ni həftəsonu məktəbinin açılışı münasibətilə təbrik edərək, layihənin inkişafına yaxından dəstək göstəriləcəyini bildirib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/almaniyanin-munster-seherinde-heftesonu-mektebi-fealiyyete-baslayib-4535

REKLAM ALANI