Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Ankara °C

Ankara Keçiören Bələdiyyə Başqanı Turqut Altınokla “Dünyanın yüksələn gücü Türk Dünyası Birliyi və Zəngəzur dəhlizi” ilə bağlı ÖZƏL REPORTAJ

REKLAM ALANI

 

Ülker Piriyeva – Azerbaycan

“Türk Dövlətləri Təşkilatı dünyada hüquq, qanun, ədalət və sivilizasiya adına böyük işlərə vəsilə olacaq. Zəngəzur dəhlizi – Bu, Türk dünyasına gedən dəmir yolu, quru yolu və təyyarə yoludur.”
“Yəni heç bir ölkədə ilişib qalmadan Türküstan və Turan coğrafiyasına ucsuz, bucaqsız səyahətdir. Bu baxımdan da Qarabağ Zəfəri çox önəmlidir.”

Bu fikirləri 1453 Kral Media xəbər agentliyinin Azərbaycan təmsilçisi Ülkər Piriyevaya olan açıqlamasında Ankaranın Keçiören rayon Bələdiyyəsinin başqanı TURGUT ALTINOK bildirib.

Öncəliklə, Qarabağın, daha sonra Zəngəzur dəhlizinin Türkiyə, Azərbaycan və Türk dünyası üçün əhəmiyyəti ilə bağlı fikirləriniz?
Türk Dövlətləri Təşkilatının – Türk Dünyasının Birliyi baxımından önəmini dəyərləndirərdiniz..

Öncəliklə, bir Xəzər, bir Qarabağ, bir Can Azərbaycan, Turan qoxusu ilə gəldiniz, xoş gəldiniz!
Başqan Altınok – “Təbii ki, Qarabağ zəfəri əslində Azərbaycan və Türk dünyası üçün çox vacib və əhəmiyyətli idi.
Birincisi, layiqli, lakin zəbt olunmuş torpaqların şəhidlərimizin qanı ilə geri qaytarılması və onun Azərbaycan torpağı olması çox vacib idi, təbii ki, Qarabağla, Zəngəzur dəhlizimizlə..

Bəli, Zəngəzur dəhlizi – Bu, Türk dünyasına gedən dəmir yolu, quru yolu və təyyarə yoludur. Yəni heç bir ölkədə ilişib qalmadan Türküstan və Turan coğrafiyasına ucsuz, bucaqsız səyahətdir. Bu baxımdan da Qarabağ Zəfəri çox önəmlidir. Təbii ki, Türk dünyası hamısı qardaşdır. İllərlə ayrı qaldılar, ayrı buraxıldılar, amma 90-cı illərdə SSRİ-nin dağılması ilə yeni dünya düzəni yarandı. Bu yeni dünya düzənində illərdir ayrılmış qardaşların bir araya gəlməsindən təbii bir şey ola bilməz. Demək istərdim ki, dövlətlərimizin, sistemin Türk Dövlətləri Təşkilatına çevrilməsi mühüm hadisədir. Bəli, bu təşkilatın əsas vəzifəsi Türk dövlətləri arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək, qarşılıqlı etimad mühitini yaratmaq və beynəlxalq münasibətlərdə bir-birinə dəstək olmaqdır. Yəni İsmayıl Qaspıralının dediyi kimi, “Dildə, işdə, fikirdə birlik” bunu təmin etməliyik. Demək istərdim ki, dövlətlərimizin, sistemin Türk Dövlətləri Şurasına çevrilməsi mühüm hadisədir. Yəni İsmayıl Qaspıralının dediyi kimi, “Dildə, işdə, fikirdə birlik” bunu təmin etməliyik. Axı türklərin tarixi Ergenekondur, Altaylardır, daha sonra Anadoluya enmişik, Anadoludan bura gəlmişik. Amma qardaşlar bütün sahələrdə birlik və həmrəyliklərini gücləndirməli və möhkəmləndirməlidirlər. Bunu bacarsaq, gələcəyə daha inamla baxa bilərik. Beləliklə, yeni bir dünya nizamı olar.” – Deyə vurğulayıb.

Başqan Altınok – “Türkiyə Prezidentimiz cənab Erdoğanın qeyd etdiyi kimi, “Dünya beşdən böyükdür”. Bu birliyə nail olsaq, Macarıstan var, Şimali Kipr Türk Cümhuriyyəti müşahidəçi statusunda qəbul edildi. Onunla bərabər Ağdənizdən, Altaylardan, Tanrı dağlarından Aralıq dənizinə səyahət.. Yəni, 12 milyon kilometrlik bir səyahət. Bəs bu birlik nələrə səbəb olar? Dünyada hüquq, qanun, ədalət və sivilizasiya adına böyük işlərə vəsilə olar. Eyni zamanda, dövlətlərimiz yenidən gələcəyə daha inamla baxarlar. Yəni bir ölkənin təşəbbüsünə baxıb, “düz durmasan, yenə səni işğal edəcəm”, heç olmasa bu qorxuları, qayğıları yerlə-yeksan edərik. Beləliklə, Covid pandemiyasından sonra əslində “Yeni dünya” var. Belə olduğu halda, biz dünyada baş verən proseslərə baxırıq. Elə bir dünya düzəni, yeni bir dünya düzəni deyirlər. Yeni dünya düzənində bu birlik və bərabərliyin böyük yeri olacaq və biz daha güclü olacağıq, ölkələrimizin gücünə güc qatacağıq. Əslində dünyada haqq, hüquq, ədalət və sivilizasiya dediyimiz sahələrdə ciddi xidmətlərimiz olacaq. Bəli, bu birlik Türk dünyasının hüquqları, təhlükəsizliyi, milli kimliklərinin qorunması, assimilyasiya olmaması məsələləri təşkilatın üzvü olmayan ölkələrdən kənarda yaşayan qardaşlarımıza da bir ümid işığıdır. Ona görə də, biz bu birliyi daha da gücləndirmək üçün onun bütün sahələri və bütün qurumları ilə doldurmalıyıq. Burada xırda hesablamalarımız olmamalıdır, o nə deyər, bu nə deyər hesabı etməməliyik, buna qalarsa, mütləq kimlərsə nəsə deyəcək. Lakin bu birliyi tamı-tamına təmin etdiyimiz zaman kimsə bir şey deyə bilməz. Desə belə, bu birlik hər kəsin qorunmasına, yüz faiz müstəqil, yəni azad dövlət olaraq qalmasına ciddi şəkildə töhfə verəcəkdir. Hürriyət, dövlət bunlar asan işlər deyil. Getdiyi zaman asan gələn dəyərlər də deyil. Bunun qədrini bilməliyik, illər sonra qardaşlarımız müstəqillik qazandılar, bir daha o əsarət zülmünə düşməmələri lazım. Qorxmayacağıq, qorxulara qalib gələcəyik. Gücümüzü bütün sahələrdə cəmləsək, heç kim bizə qalib gələ bilməz, bu qədər dəqiq.” – Deyə səsləndirib.

“Qeyd edim ki, son zamanlar qlobal aləmdə baş verən geosiyasi proseslər fonunda Türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırır. Qarabağ torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Şübhəsiz ki, Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Qarabağ Zəfərimizdən sonra Zəngəzur dəhlizinin açılması türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcəkdir.” – Deyə Başqan Altınok dəyərləndirib.

“Qarabağ şəhidlərimizi rəhmət və hörmətlə yad edirik. Təbii ki, Azərbaycan prezidentimiz cənab İlham Əliyev, o da Müzəffər Ali Baş Komandan kimi möhürünü vurmuşdur. Bir sərkərdə kimi, bir dövlət xadimi kimi dövlətinin hüquq və qanunlarını müdafiə edən, masada olmadığı təqdirdə, ürəyi ilə alan Baş Komandan.. Müharibəyə qərar vermək, bunlar asan iş deyil. Türkiyə Cümhuriyyəti dövlətimizə, prezidentimiz Rəcəb Tayyib Ərdoğana təşəkkür edirik. O, Azərbaycan-Türkiyə münasibətlərini bütün dünya üçün dostluq, qardaşlıq və tərəqqi nümunəsi kimi qiymətləndirib.

Şəhidlərimizi rəhmətlə yad edirik. Qazilərimizə sağlıq diləyirik. Yəni, şairimiz deyir ki, “Bayraqları bayraq edən üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa, vətəndir”. Onun üçün şəhid olmaq məqamların ən ucasıdır. Allah qardaşlığımızı sonsuza qədər qüvvətləndirsin, İnşaallah.”

REKLAM ALANI