Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Ankara °C

Azərbaycan millət vəkili Jalə Əliyeva , “Türkiyə-Azərbaycan birlikdəliyi ilə başlanan uzun, amma “İnamlı Yol” bizi mütləq daha aydın Sabahlara  qovuşduracaq!” ,ÖZƏL

Azərbaycan millət vəkili Jalə Əliyeva , “Türkiyə-Azərbaycan birlikdəliyi ilə başlanan uzun, amma “İnamlı Yol” bizi mütləq daha aydın Sabahlara  qovuşduracaq!” ,ÖZƏL
REKLAM ALANI
07.02.2023
A+
A-

 

Açıklama yok.

 

 

Azərbaycan millət vəkili Jalə Əliyeva , “Türkiyə-Azərbaycan birlikdəliyi ilə başlanan uzun, amma “İnamlı Yol” bizi mütləq daha aydın Sabahlara  qovuşduracaq!” ,ÖZƏL

Azərbaycan Millət vəkili Jalə Əliyeva/
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini

“Türkiyə-Azərbaycan birlikdəliyi ilə başlanan uzun, amma “İnamlı Yol” bizi mütləq daha aydın Sabahlara  qovuşduracaq!”

Bu sözləri 1453 Kral Media-ya verdiyi açıqlamada Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva bildirib.

Millət vəkili Jalə Əliyeva, “Türkiyədə baş verən dəhşətli zəlzələ hamımızı silkələdi. Gecənin bir yarısıdır. İkinci gecədir  hamımız oyağıq. Türkiyəmizlə birlikdə yaşayırıq bu ağrını, bu əziyyəti, bu çətinliyi, bu kədəri… Qəlbimiz, gözümüz Türkiyəyə köklənib. Ölüm sayı 4500-ü ötüb, 26721 yaralı var, 6000-ə yaxın ev yerlə yeksan olub… Çox heyif… İllərdən bəri acılı şirinli günlərimizdə hər zaman yanyana olduğumuz kimi, bu gün də Türkiyəmizin çətin anlarında birlikdəyik,  ayaqdayıq! İnşallah bu son çətinliyimiz olar! Bir daha torpaqlarımız dağılmasın, evlərimiz yıxılmasın!” – Deyə bildirib.

“Neçə gündür qanı bir, canı bir qardaşlarımızın  yaşadığı digər ölkədə-İranda, Güney Azərbaycanın  Urmiya, Xoy şəhərlərində baş verən zəlzələdən sonra insanlar çarəsiz vəziyyətdədir. Dövlət bu insanları sanki unudub… Onlar bizdən-inandıqları, sevdikləri Azərbaycandan – imdad diləyirlər.” – Deyə millət vəkili vurğulayıb.

J. Əliyeva həmçinin – “Təəssüf ki, rejim yardım əlimizi təşəkkür edib, qəbul etmək yerinə geri çevirir, əvəzində bizə terrorla meydan  oxumağa çalışır… Amma  bu da gəlib, bu da keçəcək!..” – Deyə tarixə not düşüb.

“Tarixi Qarabağ ədalətimizi bərpa etdik!  İndi sıra bütün tarixi həqiqətlərimizi sırayla bərqərar edib, öz yerinə qoymaqdadır! Türkiyə-Azərbaycan birlikdəliyi ilə başlanan uzun, amma “İnamlı Yol” bizi mütləq daha aydın Sabahlara  qovuşduracaq! Buna inamımız şəksizdir! Yanındayıq, Türkiyəm! Yanındayıq, atam, anam, bacım,qardaşım, oğlum,qızım!
Allahdan bir daha zəlzələdə həyatını itirənlərə rəhmət, yaralılara səhhət, can Türkiyəyə güc, qüvvət diləyirik!” – Deyə millət vəkili Əliyeva sözlərinə əlavə edib.

 

Ülker Piriyeva – Azerbaycan

 

Açıklama yok.

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.