Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Ankara °C

Britaniyadakı icmamız baronessa Koksun cəzalandırılması tələbi ilə parlament komitəsinə müraciət edib

Britaniyadakı icmamız baronessa Koksun cəzalandırılması tələbi ilə parlament komitəsinə müraciət edib
REKLAM ALANI
10.06.2023
A+
A-

Britaniyadakı icmamız baronessa Koksun cəzalandırılması tələbi ilə parlament komitəsinə müraciət edib

, 2023

Resim
Britaniyadakı icmamız baronessa Koksun cəzalandırılması tələbi ilə parlament komitəsinə müraciət edib
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan Azərbaycan icması qızışdırıcı islamofob fikirlərinə görə Lordlar Palatasının üzvü Karolina Ann Koksun (baronessa Koks) cəzalandırılmasını tələb edir.

 

 

 

 

Britaniya Azərbaycan İcmasının sədri Fəridə Pənahovanın adından Britaniya Parlamentinin Standartlar üzrə Komitəsinin sədri Kristofer Con Brayanta ünvanlanmış müraciətdə baronessa Koksun tvitləri “Azərbaycanın Qarabağ regionunda nifrətin qəsdən alovlandırılması” kimi qiymətləndirilib və Azərbaycan icmasının sülh prosesinə mane olan bu tvitlərdən və xəbərlərdən dərin narahatlığı ifadə edilib: “Lordlar Palatası üzvünün sağçı siyasətçilərin diqqətini cəlb etmək üçün bu cür bölücü taktikalara əl atması, xüsusən də dindən sui-istifadəsi və islamofobiyanı təbliğ etməsi təəssüf doğurur”.

 

 

 

Lordlar Palatasının demokratik dəyərlərin qorunmasında və cəmiyyətdə harmoniyanın təşviqində əsas rol oynadığı, amma Baronessa Koksun təhrik və ayrı-seçkilik çalarları ilə dolu mətnaltı tvitlərinin bu prinsiplərə uyğun gəlmədiyi nəzərə çatdırılıb. “Söz azadlığı, şübhəsiz ki, qorunmalı fundamental hüquqdur, lakin ondan nifrət, dözümsüzlük və ya islamofobiyanı qızışdırmaq üçün qalxan kimi istifadə etmək olmaz. Lordlar Palatası mötəbər institut kimi öz üzvlərinin söz azadlığı hüquqlarından qarşılıqlı anlaşma, əməkdaşlıq və dözümlülüyü təşviq edən tərzdə məsuliyyətlə istifadə etmələrini təmin etməlidir”, – deyə icma sədri xatırladıb.

 

 

 

 

Standartlar Komitəsinin belə davranışı aradan qaldırmaq üçün tədbirlər görməsinin zəruri olduğuna diqqəti cəb edən icma sədri bu tələbini “Lordlar Palatasının reputasiyasına kölgə salınması, onun ədalət və inklüzivlik prinsiplərinə sadiqliyinə xələl gətirilməsi” arqumentləri ilə əsaslandırıb: “Baronessa Koksun tvitlərinin ciddi nəticələrini nəzərə alaraq, Standartlar Komitəsindən bu məsələni hərtərəfli araşdırmasını rica edirəm. Onun hərəkətlərinin Lordlar Palatasının müəyyən etdiyi standartları və prinsipləri pozduğunu müəyyən etmək olduqca vacibdir. Üstəlik, mən komitəni baronessa Koksa töhmət vermək və onu qınamaq kimi müvafiq tədbirlər görməyə çağırıram. Bu, Lordlar Palatasında belə davranışın qəbuledilməz olduğuna dəqiq aydınlıq gətirə bilər”.

Lordlar Palatasında baronessa Koksun mövqeyini yada salan icma sədri vurğulayıb ki, o, hər iki icma üçün sülhməramlı tədbirlərin təşəbbüskarı və həyata keçirilməsində ön sıralarda olmaq əvəzinə, şüurlu olaraq qəsdən tam əksini – erməni və azərbaycanlı icmalarını münaqişədə saxlamaq üçün təxribat və daha da yadlaşdırma strategiyasını seçib və həyata keçirir.

 

 

 

 

İcma sədri hesab edir ki, Standartlar Komitəsi bu problemi həll etməklə, Lordlar Palatasına ictimai etimadın və inamın bərpasına kömək edə bilər: “Bundan əlavə, bu, komitənin etik standartları qorumaq və mötəbər qurumda demokratiya və inklüzivlik prinsiplərinə əməl olunmasını təmin etmək öhdəliyini nümayiş etdirəcək. İnanıram ki, Standartlar Komitəsi söylənilən narahatlığı aradan qaldırmaq üçün sürətli və qətiyyətli addımlar atacaq. Əvvəlki kimi ümidvaram ki, Sizin səyləriniz sayəsində Lordlar Palatası bundan sonra da ədalət və hamıya hörmət mayakı olmağa davam edəcək”.

 

 

 

 

Xatırladaq ki, 1982-ci ildən Lordlar Palatasının üzvü olan (Baronessa Koks) eyni zamanda ermənipərəst mövqe nümayiş etdirəm “Humanitarian Aid Relief Trust” (HART) adlı təşkilatın təsisçisidir. 20 aprel 2023-ci il tarixində istintaq Baronessa Koksu özəl firmada (Equal and Free Ltd) maraqlarını bəyan etmədiyi üçün təqsirli bilinib və davranış kodeksini pozmaqda ittiham edib (https://find-and-update.company-information.service.gov.uk/company/08143808). Standartlar üzrə Komitə bu fakt aşkar edildikdən sonra Baronessa Koksdan üzr istəməyi tələb edib.

 

 

 

 

Qeyd edək ki, baronessa Koks Azərbaycanın razılığı olmadan dəfələrlə Dağlıq Qarabağa səfərlər edib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Dövlət sərhədləri haqqında” Azərbaycan Respublikasının Qanununu pozduğuna görə baronessa Koksun adını persona-non-qrata siyahısına salıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/britaniyadaki-icmamiz-baronessa-koksun-cezalandirilmasi-telebi-ile-parlament-komitesine-muraciet-edib-3093

REKLAM ALANI
ETİKETLER: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.