Logo
-- Temmuz 2026, --:--:--
DOLAR32,41 ▲ %0,11
EURO35,08 ▼ %0,14
ALTIN2.450,63 ▲ %0,96
GÜMÜŞ28,24 ▲ %1,65
06 Ankara Gazetesi
SON DAKİKA
KÜLTÜR SANAT 27.09.2026 20:00 4 Dk Okuma

Diasporla İş üzrə Dövlət Komitəsi – Trakya Universitetində “Zəfərə doğru uzanan yol” adlı konfrans keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsi - Trakya Universitetində “Zəfərə doğru uzanan yol” adlı konfrans keçirilib Türkiyənin Ədirnə şəhərinin Trakya Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunan “Zəfərə doğru uzanan yol” adlı konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsi – Trakya Universitetində “Zəfərə doğru uzanan yol” adlı konfrans keçirilib
HABERİN YAZARIAbdullah Yiğit

Diasporla İş üzrə Dövlət Komitəsi – Trakya Universitetində “Zəfərə doğru uzanan yol” adlı konfrans keçirilib

Türkiyənin Ədirnə şəhərinin Trakya Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunan “Zəfərə doğru uzanan yol” adlı konfrans keçirilib.

Konfrans Ədirnə Valiliyinin, Trakya Universitetinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və Ədirnə Azərbaycan Evi Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Azərbaycan və Türkiyənin dövlət və ictimaiyyət nümayəndələri, millət vəkilləri, diplomatlar, diaspor təşkilatlarının rəhbərləri, Trakya Universitetinin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.

İştirakçılar əvvəlcə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərində törədilən vandalizm və dağıntıları əks etdirən fotosərgi ilə tanış olublar.

Daha sonra konfrans öz işinə başlayıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Konfransda Diasporla İş üzrə Dövlət Komitəsinin Vətən müharibəsi dövründə xarici ölkələrdə keçirdiyi aksiya və mitinqləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin dövrdə beynəlxalq və xarici media nümayəndələrinə müsahibə və çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın İstanbuldakı Baş konsulu Zamin Əliyev, Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ədirnə Bələdiyyə başqanı Filiz Fencan, Trakya Universitetinin rektoru, professor Mustafa Hatipler, Ədirnə Valisinin müavini Şevket Atlı, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Adalət Turan və Ədirnə Azərbaycan Evi Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Tamer Karadağ çıxış ediblər.

Çıxışlarda 27 Sentyabr – Anım Gününün əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, Vətən müharibəsində qazanılmış tarixi Zəfərə aparan yol, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vandalizm, eləcə də Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyinin əhəmiyyəti vurğulanıb.

Konfrans panel müzakirəsi ilə davam edib. Paneldə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, professor Musa Qasımlı Vətən müharibəsinin tarixi və siyasi əhəmiyyəti, Zəfərə aparan yol və müharibənin nəticələrindən danışıb.

Bədii hissədə Azərbaycan Respublikasının Xalq artisti Əlixan Səmədov, Mersin Universitetinin müəllimi Mələk Qocayevanın müşayiətilə Əməkdar artist Anar Şuşalının ifasında Azərbaycan-Türkiyə qardaşlığına və müttəfiqliyinə, xalqımızın qəhrəmanlığına həsr olunan musiqi nömrələri təqdim edilib.

Diasporla İş üzrə Dövlət Komitəsi – Trakya Universitetində “Zəfərə doğru uzanan yol” adlı konfrans keçirilib

https://x.com/DiasporaAz/status/2104171866395177223

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

3 + 2 = ?