
Gürcüstanda peşəkar məşqçilərin görüşü keçirilib
2025
Gürcüstanda peşəkar məşqçilərin görüşü keçirilib
Marneulidəki “Azərbaycan Evi”ndə Gürcüstan Ədliyyə Nazirliyinin qeydiyyatında olan “Caucasus Arena” Assosiasiyasının təşəbbüsü ilə Gürcüstanın müxtəlif idman növləri üzrə azərbaycanlı peşəkar məşqçilərinin görüşü keçirilib və onlardan müsahibələr alınıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin “Azərbaycan həqiqətlərinin və mədəni irsinin Gürcüstanda təbliği” layihəsi çərçivəsində baş tutan görüşə 50-yə yaxın idman müəllimi və ictimaiyyət nümayəndəsi qatılıb.
https://x.com/DiasporaAz/status/1909965946183184710
“Caucasus Arena” Assosiasiyasının rəhbəri, “Qabal Təhsil Mərkəzi”nin direktoru, kikboks üzrə dünya və beşqat Gürcüstan çempionu Yavər Məmmədov təşkilatın məqsədinin gənc idmançıları dəstəkləmək, müxtəlif idman növlərini inkişaf etdirmək və maddi-texniki bazanı gücləndirmək olduğunu deyib. O, eyni zamanda qarşıdakı dövrdə gənc idmançıların dünya səviyyəsinə çıxması üçün layihələr həyata keçiriləcəyini, maliyyə və infrastruktur problemlərinin həlli üçün biznes qurumları və dövlət təşkilatları ilə əməkdaşlıq ediləcəyini bildirib. Hazırda “Caucasus Arena”ya 85 məşqçi və 6 min idmançı qatılıb.
18 qat dünya rekordçusu, “Caucasus Arena” Assosiasiyasının sədr müavini, Qafqaz Dünya Rekordlar Federasiyasının prezidenti, “Maqnit adam” kimi tanınan, adı Ginnesin Rekordlar Kitabına düşən Etibar Budaqov-Elçiyev yarışların təşkili üzərində işlərin aparıldığını və bu məqsədlə Qaraçöpdə, Marneulidə görüşlərin keçirildiyini diqqətə çatdırıb.
https://x.com/DiasporaAz/status/1909965946183184710
Azərbaycan uşu-sanda yığmasının sabiq baş məşqçisi, ikiqat dünya və Avropa çempionu, dünya kubokunun sahibi Canpolad Budaqov Kvemo- Kartli bölgəsində bu idman növü üzrə federasiyanın yaradılmasına qərar verdiklərini qeyd edib.
https://x.com/DiasporaAz/status/1909965946183184710
Peşəkar taekvondoçu Faiq Məmmədov “Caucasus Arena” Assosiasiyasının yaradılmasının soydaşlarımız üçün əlamətdar hadisə olduğunu, idmançıların məşqçilərin təcrübələrindən yararlanaraq uğur qazanacağına əminliyini bildirib.
https://x.com/DiasporaAz/status/1909965946183184710
Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində fəaliyyət göstərən “İnam kikboks klubu”nun baş məşqçisi Şahin Bəxtiyarov məşqlərin ödənişsiz olduğunu diqqətə çatdırıb. O, el-obasına çempion yetişdirməyi arzu etdiyini, həmçinin uşaqların və gənclərin pis vərdişlərdən uzaq durmasını, sağlam və güclü olmasını istədiyini deyib.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/gurcustanda-pesekar-mesqcilerin-gorusu-kecirilib-5715
https://x.com/DiasporaAz/status/1909965946183184710

Юлия Оглоблина: Поправки в Конституцию укрепили принципы социальной справедливости

TARIMKON’dan “Daha Yeşil Yarınlar” İçin Öncü Adım: Ankara’nın Dış İlçelerinde Sürdürülebilir Tarım Anlatıldı

Birleşik Rusya ve Belaya Rus partisi, Belarus sanatoryumlarındaki LPR ve DPR’li çocuklar için tatiller düzenledi

Meeting of the Ambassador with the Minister of Industry and Technology of Türkiye

Büyükelçinin Türkiye Sanayi ve Teknoloji Bakanı ile görüşmesi

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar