Logo
-- Temmuz 2026, --:--:--
DOLAR50,44 ▲ %0,00
EURO55,42 ▲ %0,00
ALTIN6.042,20 ▲ %0,03
GÜMÜŞ73,06 ▼ %0,09
06 Ankara Gazetesi
SON DAKİKA
GÜNDEM 18.11.2026 20:45 2 Dk Okuma

Bolnisidəki soydaşlarımız Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd ediblər

Bolnisidəki soydaşlarımız Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd ediblər 18 noyabr, 2026 Bolnisidəki soydaşlarımız Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd ediblər Gürcüstanın Bolnisi şəhərində fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Bolnisidəki soydaşlarımız Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd ediblər
HABERİN YAZARIAbdullah Yiğit

Bolnisidəki soydaşlarımız Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd ediblər

18 noyabr, 2026

Bolnisidəki soydaşlarımız Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd ediblər

Gürcüstanın Bolnisi şəhərində fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Azərbaycan və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Rezo Həsənov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. O, Qarabağın azad edilməsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində mümkün olduğunu bildirib.

Digər natiqlər tarixi Zəfərin milli qürur və həmrəyliyin təcəssümü olduğunu, şəhidlərin fədakarlığının və qazilərin qəhrəmanlığının gələcək nəsillərə örnək təşkil etdiyini diqqətə çatdırıblar. Dövlət Bayrağının müstəqilliyimizin, dövlətçiliyimizin və suverenliyimizin rəmzi kimi daşıdığı mənəvi dəyərdən söz açıblar.

Tədbirin sonunda Mərkəzin gəncləri Zəfər Gününə həsr olunan şeirlər səsləndirib, “8 Noyabr – Azərbaycanın Əbədi Zəfəri” adlı inşa müsabiqəsinin iştirakçılarına sertifikatlar təqdim edilib.

Foto qalereya

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

mənbə: https://diaspor.gov.az/az/news-detail/bolnisideki-soydaslarimiz-zefer-gunu-ve-dovlet-bayragi-gununu-qeyd-edibler-7559

https://x.com/DiasporaAz/status/2122973214381105585

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

7 + 9 = ?