28 noyabr, 2025
İki qardaş ölkənin diaspor qurumları müzakirələr aparıb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi vəzifəsini müvəqqəti icra edən Abdulhadi Turusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitə sədri qonaqları səmimi salamlayaraq ölkələrimiz arasındakı münasibətlərin möhkəm təməlində Azərbaycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq əlaqələrinin xüsusi rol oynadığını qeyd edib. Dövlət başçıları səviyyəsində mövcud yüksək siyasi münasibətlərin xalqlarımız arasındakı bağları daha da gücləndirdiyi və bütün sahələrdə birgə fəaliyyət üçün geniş imkanlar yaratdığı vurğulanıb. Sədr, həmçinin Azərbaycan diaspor təşkilatlarının fəaliyyətindən danışaraq, iki qardaş ölkənin diasporlarının koordinasiyalı işinin əhəmiyyətinə toxunub və türkdilli dövlətlərlə əməkdaşlıq layihələrinin, eləcə də Türkiyədəki soydaşlarımızla əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
https://x.com/DiasporaAz/status/1994408803656229323
Müzakirələr zamanı diaspor fəaliyyəti ilə bağlı Şuşa Bəyannaməsindəki müddəalara diqqət çəkilib, həmin müddəaların türkdilli dövlətlərin diasporlarının işbirliyini özündə ehtiva etdiyi və diaspora məsul qurumlar qarşısında vəzifələr qoyduğu nəzərə çatdırılıb.
https://x.com/DiasporaAz/status/1994408803656229323
Abdulhadi Turus səmimi qəbula və tanışlığa görə minnətdarlıq edib. Qurumlar arasında əməkdaşlığın inkişaf etdiyini, birgə layihələr və təşəbbüslərin genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu bildirib. Diasporun yeni nəslinin fərqli baxış bucağını nəzərə alaraq, ortaq layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib, təcrübə proqramlarının müsbət nəticələr verə biləcəyini dilə gətirib.
Bildirilib ki, diaspor və lobbiçilik təcrübələrinin bölüşdürülməsi, fərqli mədəniyyətlər arasında körpü rolunu oynayan gənclərlə ortaq strategiyaya əsaslanan layihələrin həyata keçirilməsi, hər iki ölkə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vahid bazanın formalaşdırılması iki qardaş ölkənin diaspor siyasətinə yeni dinamika qata bilər.
https://x.com/DiasporaAz/status/1994408803656229323
Tərəflər türk dünyasını təmsil edən diaspor qurumları arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsi, uzunmüddətli ortaq layihələrin reallaşdırılması və bir sıra digər istiqamətlərlə bağlı geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 10 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1994408803656229323
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/iki-qardas-olkenin-diaspor-qurumlari-muzakireler-aparib-6385
https://x.com/DiasporaAz/status/1994408803656229323
В Кизляре по партпроекту «Единой России» «Историческая память» открыли масштабную выставку «Истоки героизма»
Rostov-on-Don’da, Birleşik Rusya üyeleri gönüllüler ve engelli sporcular için bir tiyatro gezisi düzenledi
Almaniyada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən idman festivalı keçirilib
Birleşik Rusya, Orenburg’da “Zafer Hamlesi” satranç turnuvasını düzenledi
Birleşik Rusya, Başkortostan’da yüzme yarışmaları düzenledi
Hediyeler, çiçekler, teşekkür sözleri: Birleşik Rusya, Zafer Günü vesilesiyle cephedeki askerleri tebrik etti