İsveçrədə Azərbaycan musiqiləri səsləndirilib
2026
İsveçrədə Azərbaycan musiqiləri səsləndirilib
İsveçrənin Nevşatel (Neuchâtel) şəhərində Azərbaycan musiqi mədəniyyətinin beynəlxalq aləmdə təbliği məqsədilə konsert təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Dostları Birliyinin təşkilatçılığı ilə baş tutub.
Azərbaycanın Dostları Birliyinin rəhbəri Arzu Əliyeva Bodmer açılış nitqində rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında geniş məlumat verib. Xüsusilə İsveçrədə Azərbaycanın tanıdılması, mədəniyyətinin təbliği və ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün həyata keçirilən müxtəlif layihələr və tədbirlər haqqında danışıb.
https://x.com/DiasporaAz/status/2031728542539747773
Konsertdə Nevşatel Kanton Konservatoriyasının piano müəllimi Yekaterina Massardın rəhbərliyi ilə Nevşatel Musiqi Liseyinin şagirdləri Azərbaycanın görkəmli bəstəkarları Fikrət Əmirov və Tofiq Quliyevin əsərlərini səsləndiriblər. Onların peşəkar və həssas ifaları tamaşaçılara unudulmaz musiqi axşamı yaşadıb.
https://x.com/DiasporaAz/status/2031728542539747773
Proqrama daxil edilən bəstələrdə Azərbaycanın xalq musiqisi ilə akademik musiqisinin harmoniyası, milli koloriti parlaq şəkildə təzahür olunub. Nəticədə dinləyicilər xalqımızın bədii-estetik dəyərləri ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Müxtəlif çap materiallarının yer aldığı guşədə isə qonaqlar Azərbaycanın tarixi, adət-ənənələri və turizm potensialı haqda məlumatlar əldə ediblər.
Nevşatel Musiqi Liseyinin şagirdlərinin valideynləri layihəni yüksək qiymətləndiriblər. Onlar bu cür konsertlərin gələcəkdə İsveçrənin almandilli bölgələrində də təşkil olunmasına dair arzularını dilə gətiriblər.
Foto qalereya
https://x.com/DiasporaAz/status/2031728542539747773
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/isvecrede-azerbaycan-musiqileri-seslendirilib-6821
Birleşik Rusya, Orenburg’da “Zafer Hamlesi” satranç turnuvasını düzenledi
Birleşik Rusya, Başkortostan’da yüzme yarışmaları düzenledi
Hediyeler, çiçekler, teşekkür sözleri: Birleşik Rusya, Zafer Günü vesilesiyle cephedeki askerleri tebrik etti
Birleşik Rusya’nın yardımıyla Mahaçkala’da SVO katılımcıları anısına bir anıt düzenlendi
TAHİR ELMAOĞLU’NDAN TBMM GRUP BAŞKANI ABDULLAH GÜLER’E ZİYARET
İBRAHİM İPEK: PETROL KRİZİNİN ENFLASYON VE FAİZ ÜZERİNDEKİ ETKİSİ