Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
2025
Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ABŞ-nin Nyu York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzini ziyarət edib, mərkəzin nəzdindəki məktəbin fəaliyyəti ilə yaxından tanış olublar.
https://x.com/DiasporaAz/status/1942197783315808368
“My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova göstərilən diqqətə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib. Məktəbdə sənət və rəsm proqramlarında təhsil alan müxtəlif etnik mənşəli amerikalı uşaqların fəaliyyəti barədə məlumat verib. Mərkəzin yetirmələrinin tədbirlərdə iştirakının onlarda özünəinam hissi yaratdığını, eləcə də digər xalqların mədəniyyətlərini öyrənərək inkişaf etdiklərini vurğulayıb.
https://x.com/DiasporaAz/status/1942197783315808368
Mərkəzin sənət rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-heykəltəraş Emin Quliyev “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində şagirdlərin dərslərə marağından danışıb. Heç vaxt Azərbaycanda olmayanların belə vətənlərinin gözəlliklərini, tarixini və mədəni irsini öz əsərlərində həssaslıqla əks etdirdiklərini diqqətə çatdırıb. Onların Qarabağ, Şuşa, Xarıbülbül, Qız qalası kimi mövzularda çəkdikləri rəsmlərin müxtəlif beynəlxalq müsabiqələrdə mükafata layiq görüldüyünü deyib.
https://x.com/DiasporaAz/status/1942197783315808368
Daha sonra mart ayında Bakıda keçirilən Novruz sərgisində əsərləri nümayiş etdirilən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin şagirdləri diplom və hədiyyələrlə təltif edilib. Komitə əməkdaşları onlarla səmimi söhbət aparıblar.
Qeyd edək ki, “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzi artıq 14 ildir Azərbaycanın zəngin mədəni irsinin yerli və beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində fəaliyyət göstərir. Mərkəzin təşəbbüsü ilə Azərbaycanın tanınmış futbolçusu Anatoli Banişevski adına futbol turniri, uşaqlar üçün Novruz şənlikləri, “Azərbaycana məhəbbətlə” adlı rəsm sərgisi, habelə ABŞ-dəki müxtəlif icmalar üçün Azərbaycan rəqsləri üzrə davamlı dərslər və seminarlar təşkil olunub. Mərkəzin təşkilatçılığı ilə keçirilən “İpək Yolu” Beynəlxalq Festivalını Nyu York şəhər meriyası böyük rəğbətlə qarşılayıb.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1942197783315808368
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/komite-emekdaslari-nyu-yorkda-my-way-usaq-gencler-yaradiciliq-inkisaf-merkezinde-olublar-6010
https://x.com/DiasporaAz/status/1942197783315808368
Maria Lvova-Belova, anneleri desteklemek için oluşturulan alanlar ağının genişletilmesini önerdi
OSMANLI ÜLKÜ HAREKETİ FEDERASYONU TEŞKİLAT BAŞKANI MUSA APAYDIN: “KAPSAMLI GENEL AF TOPLUMSAL BARIŞA KATKI SAĞLAYACAKTIR”
Tataristan’daki Birleşik Rusya halk destek merkezi “Kültürde Birlikte” festivalini düzenledi
“Temiz Ülke” parti projesi kapsamında Kaliningrad Oblastı’ndaki Svetlogorsk’a ağaç dikildi
Temiz Ülke parti projesi kapsamında Pokachi’deki (Khanty-Mansi Özerk Bölgesi) sahilde bir temizlik günü düzenlendi
Birleşik Rusya taraftarlarının desteğiyle Birobidzhan’da futbol maçları ve karate müsabakaları düzenlendi