Pakistanlı jurnalist Malik Ayub Sumbal Dövlət Komitəsində olub
2025
Pakistanlı jurnalist Malik Ayub Sumbal Dövlət Komitəsində olub
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov pakistanlı jurnalist, geosiyasi analitik Malik Ayub Sumbal ilə görüşüb.
Qonağı səmimi salamlayan komitə sədri jurnalistin beynəlxalq ictimaiyyətin doğru məlumatlandırılması, Azərbaycanla bağlı dezinformasiyaların qarşısının alınması istiqamətdəki peşəkar fəaliyyətini yüksək qiymətləndirib. Torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad edildiyini xatırladan sədr xarici qonaqların, xüsusən müsəlman ölkələrinin vətəndaşlarının dini və mədəniyyət abidələrinə qarşı erməni vandalizminin nəticələri ilə tanış olmasını Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm addım kimi qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Malik Ayub Sumbal öz növbəsində Qarabağa səfərindən danışıb, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılmasının sevindirici hal olduğunu söyləyib. Görüş zamanı jurnalist gələcəkdə də xarici mediada Azərbaycanın haqq səsinin daha geniş şəkildə işıqlandırılması, ölkəmiz haqqında obyektiv məlumatların yayılması və Ermənistanın təxribatlarının ifşa olunması istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Malik Ayub Sumbal “Tovuzdan Qarabağa” adlı kitabın müəllifidir. Kitabda Azərbaycanın son 30 illik tarixiindən söz açılıb, Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət təhlil edilib. Nəşr 44 günlük Vətən müharibəsindən sonra bu mövzuda yazılan ilk kitablardandır.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaymak:https://diaspor.gov.az/az/news-detail/pakistanli-jurnalist-malik-ayub-sumbal-dovlet-komitesinde-olub-5739
Сергей Густов — о предложениях в Народную программу «Единой России» в части догазификации и развития ресурсной базы
Александр Якубовский: «Единая Россия» не допустит строительства платных дорог без обеспечения бесплатного альтернативного проезда
KRAL GAZETECİ ABDULLAH YİĞİT `TEN 23 NİSAN MESAJI
Владимир Якушев определил единороссам Югры задачи на избирательную кампанию-2026
Dışişleri Bakanlığı Kurulu Toplantısı
Message from Asaf Atasoy, Chairman of the Board of Directors of Asfa Holding, on April 23rd.