
Qahirə Beynəlxalq Kitab Sərgisində azərbaycanlı alimlə görüş keçirilib
2025
Qahirə Beynəlxalq Kitab Sərgisində azərbaycanlı alimlə görüş keçirilib
https://x.com/DiasporaAz/status/1887485782933352635
Qahirə Beynəlxalq Kitab Sərgisində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovla görüş keçirilib.
https://x.com/DiasporaAz/status/1887485782933352635
Misirin Vəqflər Nazirliyi tərəfindən təşkil olunan görüşdə yüksək vəzifəli şəxslər, elm xadimləri və Misirdə təhsil alan xarici tələbələr iştirak edib.
https://x.com/DiasporaAz/status/1887485782933352635
Tədbir iştirakçılarını salamlayan İslam İşləri üzrə Ali Şuranın baş katibi professor Məhəmməd əl-Bəyyumi Seymur Nəsirovun elmi, ictimai və mədəni fəaliyyətləri barədə məlumat verib, Misir ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini və Misirdə təhsil alan tələbələr üçün böyük bir nümunə olduğunu qeyd edib.
https://x.com/DiasporaAz/status/1887485782933352635
Seymur Nəsirov fəaliyyəti haqqında bəhs edərkən Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrdən geniş söhbət açıb. Azərbaycanlıların Misirin inkişafına verdiyi töhfələrdən bəhs edən tədqiqatçı-alim Misiri işğaldan azad edən Səlahəddin Əyyubinin əslən azərbaycanlı olduğuna dair ərəb mənbələrinin yekdil fikirdə olduğunu qeyd edib. O, eyni zamanda Misirin baş həkimi Fəthullah ibn Nəfis və baş hakim Əfzələddin əl-Xoncinin əslən azərbaycanlı olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Seymur Nəsirov Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən də söz açaraq qeyd edib ki, cəmiyyətin fəaliyyətinin əsas məqsədi xalqlar arasında dostluğun möhkəmləndirilməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsidir. Burada Azərbaycan və ingilis dilləri, Qurani-Kərimin qiraətləri, ərəb dilinin qrammatikası və ədəbiyyat, bəlağət və məntiq elmi, xəttatlıq, dekorasiya, xalçaçılıq və muğam sənəti tədris olunur. Hazırda cəmiyyətin nəzdindəki kurslarda 59 ölkədən 600-dən çox gənc müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.
Tədbir Misir mediası tərəfindən geniş işıqlandırılıb.
https://x.com/DiasporaAz/status/1887485782933352635
Qeyd edək ki, 1969-cu ildən keçirilən Qahirə sərgisi Yaxın Şərqin ən böyük kitab sərgisidir. Ötən il sərgini 5 milyona yaxın insan ziyarət edib. Sərgiyə 80 ölkədən 1300-dən artıq nəşriyyat qatılıb.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1887485782933352635
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/qahire-beynelxalq-kitab-sergisinde-azerbaycanli-alimle-gorus-kecirilib-5510
https://x.com/DiasporaAz/status/1887485782933352635

Cumhurbaşkanı Ersin Tatar’ın eşi Sibel Tatar, Kuzey Kıbrıs Kadın Örgütleri Ağı’na bağlı derneklere yönelik ziyaretlerine Girne’de devam etti

Birleşik Rusya, Herson bölgesinden özel gereksinimli çocuklu aileleri rehabilitasyon için Soçi’ye gönderdi

Юлия Оглоблина: Поправки в Конституцию укрепили принципы социальной справедливости

TARIMKON’dan “Daha Yeşil Yarınlar” İçin Öncü Adım: Ankara’nın Dış İlçelerinde Sürdürülebilir Tarım Anlatıldı

Birleşik Rusya ve Belaya Rus partisi, Belarus sanatoryumlarındaki LPR ve DPR’li çocuklar için tatiller düzenledi

Meeting of the Ambassador with the Minister of Industry and Technology of Türkiye