
Ukraynada Xocalıda törədilən soyqırımından bəhs edilib
4 mart, 2025
Ukraynada Xocalıda törədilən soyqırımından bəhs edilib
https://x.com/DiasporaAz/status/1896835006527582392
Ukraynanın bir sıra şəhərlərində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
https://x.com/DiasporaAz/status/1896835006527582392
Xarkov şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Tədbirdə Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Albaniya Respublikasının Xarkovdakı fəxri konsulu Şahin Ömərov, Xarkov Vilayət Dövlət Administrasiyasının investisiya və xarici iqtisadi fəaliyyət idarəsinin xarici iqtisadi əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin müdiri İnessa Qluşenko, Xarkov vilayətinin “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov, Ukraynanın Xalq rəssamı Katib Məmmədov, elmi institutların nümayəndələri, yaradıcı və təhsil ictimaiyyətinin üzvləri, eləcə də Xarkov sakinləri iştirak ediblər. Çıxışçılar erməni separatçılarının Xocalıda törətdikləri cinayətlərin amansızlığının, bu faciənin nəticələri və günahsız insanların qətlə yetirilməsinin dünya tərəfindən soyqırım aktı kimi tanınmasının vacibliyini vurğulayıblar. Daha sonra Xocalı soyqırımını haqqında sənədli film göstərilib. Sonda tədbir iştirakçıları Xarkov İnformasiya-Sərgi Mərkəzinin “Buzok” qalereyasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan fotosərgisiyə baxıblar.
https://x.com/DiasporaAz/status/1896835006527582392
Krivoy Roq şəhərində azərbaycan diasporunun fəalları həm Xocalı soyqırımına, həm də Qolodomor qurbanlarına ehtiram əlaməti olaraq “Qolodomor” abidə kompleksinə əklil və gül dəstələri qoyub, soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra tədbir iştirakçılarına Xocalı faciəsinin tarixi haqqında ətraflı məlumat verilib.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1896835006527582392
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/ukraynada-xocalida-toredilen-soyqirimindan-behs-edilib-5604
https://x.com/DiasporaAz/status/1896835006527582392

TURAN BİRLİKLERİ TEŞKİLATI İÇ ANADOLU BÖLGE BAŞKANI VE ANKARA İL BAŞKANI MEHMET SALİH CAN`DAN 23 NİSAN MESAJI

Avropa Azərbaycan Mərkəzindən beynəlxalq təşkilatlara bəyanat

ARABAN BELEDİYE BAŞKANI MEHMET ÖZDEMİR`DEN 23 NİSAN MESAJI

При поддержке «Единой России» в Ростове-на-Дону завершился межрегиональный форум «Самбо – в школу!»

Vladimir Yakushev: Adalet ve barış arzusunun Hristiyan değerleriyle çarpılması bize güç ve geleceğe güven veriyor

Tacikistan ile Kuveyt arasında diplomatik ilişkilerin kurulmasının 30. yıl dönümü kutlandı