Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində növbəti dərslər Zəfər Gününə həsr olunub
, 2024
Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində növbəti dərslər Zəfər Gününə həsr olunub
Almaniyanın Berlin şəhərində yerləşən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində növbəti dərslər 8 Noyabr – Zəfər Gününə həsr olunub. Bütün tədris qruplarında Vətən müharibəsindəki şanlı qələbəmizə, milli qürurumuza, qəhrəman şəhid və qazilərimizə dərin hörmət və minnətdarlığın ifadəsi kimi xüsusi dərslər keçirilib.
Mərkəzin sədri Sevda Badaliouri və müəllimləri Xəyalə Çiftçi, Pərvanə Aslanovanın təşəbbüsü ilə keçirilən dərslərdə uşaqlar və yeniyetmələr bu əlamətdar günün tarixi əhəmiyyətini öyrənib, vətən sevgisi, milli birliyimiz haqqında məlumatlandırılıb, öz doğma dillərində vətənpərvərlik mövzularında söhbətlər aparıblar.
Dərslərdə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. 44 günlük Vətən müharibəsində qazanılan zəfəri əks etdirən videomateriallar göstərilib, qəhrəman əsgərlərimizə həsr olunmuş şeirlər səsləndirilib.
Şagirdlər bu dərslərdə milli birliyi aşılayan müxtəlif fəaliyyətlərdə iştirak edib, ana dilimizdə tariximiz haqqında yeni biliklərə yiyələnib.
Qeyd edək ki, Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan Evi 2022-ci ildə açılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Evində həftəsonu Azərbaycan dili məktəbi və Ritm rəqs dərnəyi fəaliyyət göstərir.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/xari-bulbul-azerbaycan-medeniyyet-evinde-novbeti-dersler-zefer-gunune-hesr-olunub-5249
В Североморске при поддержке «Единой России» прошли детские лыжные старты
Kursk Sınır Kampı’ndan gönüllüler, Donetsk Halk Cumhuriyeti’ndeki Birleşik Rusya kamu destek merkezinde ödüllendirildi
TASS: Birleşik Rusya, yaklaşan Devlet Duma seçimleri için listesinin liderlerini belirleme görüşmelerine başladı
TÜSİKON BAŞKANI BEŞİKTEPE DEN ASGARİ ÜCRET AÇIKLAMASI, BİZ BİZE YETERİZ DEDİ
Birleşik Rusya, Kursk bölgesine 22 ton gıda gönderdi
«Единая Россия» поможет решить проблему доступности лекарств в отдалённых населённых пунктах