Logo
-- Temmuz 2026, --:--:--
DOLAR50,78 ▲ %0,20
EURO55,60 ▼ %0,29
ALTIN5.964,82 ▲ %2,58
GÜMÜŞ71,44 ▲ %5,52
06 Ankara Gazetesi
SON DAKİKA
GÜNDEM 28.11.2026 12:46 2 Dk Okuma

Ştutqart Azərbaycan Evində uşaqlar üçün ustad dərsi keçirilib

Ştutqart Azərbaycan Evində uşaqlar üçün ustad dərsi keçirilib 2026 Ştutqart Azərbaycan Evində uşaqlar üçün ustad dərsi keçirilib Almaniyanın Ştutqart şəhərində yerləşən Azərbaycan Evində İtaliyanın “Apulia Brass Ensemble” musiqi kollektivinin iştirakı ilə uşaqlar üçün ustad dərsi keçirilib.
Ştutqart Azərbaycan Evində uşaqlar üçün ustad dərsi keçirilib
HABERİN YAZARIAbdullah Yiğit

Ştutqart Azərbaycan Evində uşaqlar üçün ustad dərsi keçirilib

2026

Ştutqart Azərbaycan Evində uşaqlar üçün ustad dərsi keçirilib

Almaniyanın Ştutqart şəhərində yerləşən Azərbaycan Evində İtaliyanın “Apulia Brass Ensemble” musiqi kollektivinin iştirakı ilə uşaqlar üçün ustad dərsi keçirilib.

Azərbaycan Evinin təşkil etdiyi görüşdə uşaqlar beynəlxalq təcrübəyə malik musiqiçilərlə yaxından tanış olub, nəfəs alətlərinin xüsusiyyətləri barədə bilgilər öyrəniblər. Kollektivin canlı ifası uşaqlara musiqi sənətinin özünəməxsus xüsusiyyətlərini və incəliklərini yaxından kəşf etmək imkanı yaradıb. Tədbirdə uşaqların ailə üzvləri də iştirak edərək görüşün səmimi və xoş atmosferinə rəng qatıblar.

Bu təşəbbüs uşaqların yeni bilik və təcrübə qazanmalarına, yaradıcılıq potensiallarının inkişafına, musiqiyə maraqlarının artmasına və müxtəlif mədəniyyətlərlə tanış olmalarına töhfə verib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən Ştutqart Azərbaycan Evi bu ilin əvvəlində açılıb. Burada soydaşlarımızın milli-mənəvi dəyərlər ətrafında birləşməsi, Azərbaycan həqiqətlərinin tanıdılması və ölkəmizin zəngin tarixinin yaşadılması istiqamətində müxtəlif tədbirlər, mədəni proqramlar və maarifləndirici görüşlər təşkil olunur.

Foto qalereya

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

mənbə: https://diaspor.gov.az/az/news-detail/stutqart-azerbaycan-evinde-usaqlar-ucun-ustad-dersi-kecirilib-7633

https://x.com/DiasporaAz/status/2126563612504571952

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

4 + 6 = ?